İsmayıllı sakinindən silah və narkotik götürülb

İsmayıllı sakinindən silah və narkotik götürülb ​​​​​​​İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat keçirib
Milli Məclis
5 Fevral , 2021 11:24
İsmayıllı sakinindən silah və narkotik götürülb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Adgözəlov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın, yaşadığı Xankəndi kəndindəki evdən isə 3 kiloqram 511 qramdan artıq marixuana və müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi