İş yerlərində işçilərin peşə hazırlığının səviyyəsi yüksəldiləcək

İş yerlərində işçilərin peşə hazırlığının səviyyəsi yüksəldiləcək İş yerlərində işçilərin peşə hazırlığının səviyyəsi yüksəldiləcək.
Milli Məclis
30 Sentyabr , 2022 15:41
İş yerlərində işçilərin peşə hazırlığının səviyyəsi yüksəldiləcək

İş yerlərində işçilərin peşə hazırlığının səviyyəsi yüksəldiləcək.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Azərbaycanın uğurlu inkişafının əsaslarından biri müasir texnologiyaların imkanlarından istifadə etməklə vətəndaşların bilik və bacarıqlarının artırılması yolu ilə yüksək peşəkarlığa malik kadr potensialının yaradılmasıdır.

Məcəllədəki dəyişikliklər də məhz bu sahədə müasir əmək bazarının mövcud resurslarından məqsədyönlü istifadə edilməsinin hüquqi tənzimlənməsini nəzərdə tutur.

Təklif olunan dəyişikliklər nəticəsində iş yerlərində işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması stimullaşdırılacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi