İnsan alveri cinayətinə görə İnterpol yolu ilə axtarışda olan şəxslərin sayı açıqlanıb

İnsan alveri cinayətinə görə İnterpol yolu ilə axtarışda olan şəxslərin sayı açıqlanıb Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 12 (+1) nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.
Milli Məclis
17 May , 2024 12:01
İnsan alveri cinayətinə görə İnterpol yolu ilə axtarışda olan şəxslərin sayı açıqlanıb
google

Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 12 (+1) nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

"Report"un xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Bildirilib ki, həmin şəxslərin gizləndikləri ölkələr və barələrində digər zəruri məlumatlar əldə edilərək onların ikitərəfli və çoxtərəfli qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin tələblərinə uyğun ekstradisiyası üçün aidiyyəti üzrə müraciətlər ünvanlanıb.

Məlumata görə, İnterpol kanalları ilə beynəlxalq axtarışda olan şəxslərin gizləndiyi ehtimal olunan ölkələr Pakistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyadır.

Son xəbərlər

Orphus sistemi