İllik məlumat: İqlim dəyişikliyi insan alveri risklərini iki dəfə artırıb

İllik məlumat: İqlim dəyişikliyi insan alveri risklərini iki dəfə artırıb Dünyanı narahat edən iqlim dəyişikliyi kimi qlobal problem də insan alveri risklərini iki dəfə artıraraq həssas əhali təbəqəsinə aid qadın və uşaqlar üçün təhlükə mənbəyi olub.
Milli Məclis
17 May , 2024 10:05
İllik məlumat: İqlim dəyişikliyi insan alveri risklərini iki dəfə artırıb

Dünyanı narahat edən iqlim dəyişikliyi kimi qlobal problem də insan alveri risklərini iki dəfə artıraraq həssas əhali təbəqəsinə aid qadın və uşaqlar üçün təhlükə mənbəyi olub.

"Report"un xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Bildirilib ki, beynəlxalq təşkilatların məlumatlarına əsasən, 2020-ci ildə qadın qurbanların yalnız 42 faizi və kişi qurbanların 23 faizi aşkar edilib, onların 0,7 faizi dilənçiliyə, 0,9 faizi məcburi nikaha, 10,2 faizi cinayətkar fəaliyyətə cəlb olunub, 38 faizi cinsi istismara, 39 faizi məcburi əməyə və 10,3 faizi istismarın digər formalarına məruz qalıb.

Son xəbərlər

Orphus sistemi