Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi ilk oxunuşda təsdiqləyib

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi ilk oxunuşda təsdiqləyib Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.
Milli Məclis
12 May , 2023 14:01
Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi ilk oxunuşda təsdiqləyib

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

"Report" xəbər verir ki, bununla bağlı "Təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, hazırda ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.

Müzakirələrdən sonra qanun layihəsi I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi