VI çağırış
VI çağırış
“Report” mövzunun aktuallığını nəzərə alaraq V çağırış Milli Məclisin deputatlarının bir neçəsi ilə əlaqə saxlayıb.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə "Report"a bildirib ki, gələcəkdə partiya fəaliyyəti ilə məşğul olacaq: “Biz neçə il dövlətdən maliyyə dəstəyi almadan fəaliyyət göstərmişik. Bundan sonra da bu cür olacaq. Bundan əlavə, təqaüdə çıxmağı da düşünürəm”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Mirkazım Kazımov "Report"a deyib ki, üzvü olduğu Yeni Azərbaycan Partiyasından (YAP) ona iş təklif olunsa, orada işləyəcək:
“Əgər partiya tərəfindən işlə bağlı mənə təklif olmasa, təqaüdə çıxıb həyatımı yaşayacağam. Mən hər zaman ölkə başçısının siyasətini dəstəkləmişəm və bundan sonra da belə olacaq”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva hazırda istirahət etdiyini deyib: “Gələcək fəaliyyətim barədə isə düşünməmişəm. Gəlir yerim də yoxdur. Mənə maddi dəstəyi həyat yoldaşım göstərəcək”.