Yuxarı

Arif Rəhimzadə

 - 

Milli Məclisin regional məsələlər komitəsinin sədri



2011

2011-ci il noyabrın 7-də 61 saylı Neftçala seçki dairəsindən IV cağırış parlamentə deputat seçilib. Milli Məclisin regional məsələlər komitəsinin sədridir. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədridir. Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəridir.

1994

Azərbaycan SSR on birinci və on ikinci çağırış Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I - III çağırış Milli Məclisinin deputatı seçilib. 1994-cü ilin oktyabr ayından 2005-ci ilin dekabr ayınadək parlament Sədrinin birinci müavini olub.

1987

1987-1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993-1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

1971

1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləyib.

1963

1963-cü ildən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi olub.

1941

24 fevral 1941-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur.