İşləyən pensiyaçıların məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi təklif edilir

İşləyən pensiyaçıların məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi təklif edilir Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda işləyən pensiyaçıların məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi təklif edilir.
Milli Məclis
19 Aprel , 2018 16:44
İşləyən pensiyaçıların məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi təklif edilir

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda işləyən pensiyaçıların məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi təklif edilir.

"Report" xəbər verir ki, bu təklif Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində yer alıb.

Məruzədə qeyd olunub ki, işləyən pensiyaçıların sosial təminat hüququnun səmərəli təmin edilməsi və məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi məqsədilə “Sosial sığorta haqqında” qanuna müvafiq dəyişikliklər edilməlidir.

Məruzədə həmçinin əmək müqaviləsi bağlanılmadan işə cəlb etmə hallarının və qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlər (müəssisələr) tərəfindən işçilərə görə ödənilən sosial ödəniş faizinin aşağı salınması, habelə birdəfəlik ödənişlər yolu ilə güzəştlərin tətbiqi məqsədilə müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi təklif olunur.

Son xəbərlər

Orphus sistemi