İran parlamentinin deputatı: “Urmiya gölünün vəziyyəti yaxşı deyil”

İran parlamentinin deputatı: “Urmiya gölünün vəziyyəti yaxşı deyil” Bakı. 14 dekabr. REPORT.AZ/ “İranın ən böyük daxili, dünyanın isə ən böyük duzlu gölü olan Urmiya gölünün vəziyyəti yaxşı deyil. 52 min kvadrat kilometrdən ibarət olan bu gölün quruması ətraf mühitə çox mənfi təsir göstərib”.
Milli Məclis
14 Dekabr , 2018 14:23
İran parlamentinin deputatı: “Urmiya gölünün vəziyyəti yaxşı deyil”
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ “İranın ən böyük daxili, dünyanın isə ən böyük duzlu gölü olan Urmiya gölünün vəziyyəti yaxşı deyil. 52 min kvadrat kilometrdən ibarət olan bu gölün quruması ətraf mühitə çox mənfi təsir göstərib”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransında İran parlamentinin deputatı Hadi Bahaduri deyib.

O bildirib ki, yaxınlıqda müxtəlif su anbarlarının yaradılması, su quyularının qazılması, tarlaların bağlara çevrilməsi və bu kimi məsələlər, eləcə də suyun daha çox istifadə olunması belə bir ekoloji fəlakətə səbəb olub.

H.Bahaduri qeyd edib ki, İran dövləti Urmiya gölünün yenidən qurulması, dirçəldilməsi üçün addımlar atır: “Bu, tədbirlər 6 ildir ki, davam etdirilir. Hətta bununla bağlı dövlət proqramı da hazırlanıb”.

Son xəbərlər

Orphus sistemi