Deputat: "İnanıram ki, Emin Millinin bu addımı digərləri üçün president olacaq"

Deputat: "İnanıram ki, Emin Millinin bu addımı digərləri üçün president olacaq" “Emin Millinin üzr istəməsini müsbət qiymətləndirmək lazımdır. Əgər o, hadisələrə adekvat qiymət verərək, dövlətçilik mövqeyindən çıxış edərək Prezident İlham Əliyevdən üzr istəyirsə, bu, çox yaxşı haldır, düzgün addımdır”.
Milli Məclis
13 May , 2019 11:49
Deputat: İnanıram ki, Emin Millinin bu addımı digərləri üçün president olacaq

“Emin Millinin üzr istəməsini müsbət qiymətləndirmək lazımdır. Əgər o, hadisələrə adekvat qiymət verərək, dövlətçilik mövqeyindən çıxış edərək Prezident İlham Əliyevdən üzr istəyirsə, bu, çox yaxşı haldır, düzgün addımdır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O qeyd edib ki, Azərbaycanda milli birliyin olması çox vacibdir: “Söyüş ritorikasından, qarşıdurmadan əl çəkmək lazımdır. Bu, kiməsə xeyir gətirə bilməz, cəmiyyət böhtandan, şərdən bezib. Arzu edərdik ki, hər kəs Konstitusiyaya uyğun olaraq, sivil mübarizə metodlarından istifadə etsin. Emin Milli vəziyyəti düzgün qiymətləndirərək belə bir addım atıb, səhvlərini başa düşüb, etiraf edib. Arzu edərdik, digərləri də səhvlərini başa düşsünlər, Azərbaycanı dünyada biabır etməsinlər, müsbət işləri təbliğ etsinlər. Bu cür addımlar xalq, dövlət qarşısında müsbət qiymətləndirirlər. İnanıram ki, Emin Millinin bu addımı gələcəkdə digərləri üçün də president olacaq. Vaxtilə radikal mövqedə olan insanlar olub, onlar artıq düzgün olaraq konstruktiv mövqe sərgiləyirlər. Yəni bu, ilk belə hal deyil”.

Deputat vurğulayıb ki, radikal mövqe sərgiləmək üçün ciddi əsaslar olmalıdır: “Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar həyata keçirilir. Bunu bütün dünya müsbət qarşılayır. İslahatlar biznesin inkişafı, cəmiyyətin demokratikləşdirilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılır. Azərbaycan hökuməti hər bir insanın normal yaşaması, fəaliyyət göstərməsi üçün şərait yaradıb. Bu baxımdan radikallığa heç bir əsas görmürəm. İnsanlar başa düşməlidir ki, radikallıq inkişafı ləngitməyə xidmət edir. İnanmıram ki, radikallıqla nəyəsə nail olunsun, hər şey təkamül yolu ilə baş verməlidir. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi son 15 ildə inkişaf yoluna diqqət yetirsək, görərik ki, dünyanın ən güclü dövlətləri bu inkişafa nail olmayıblar. Bu, reallıqdır. Respublikanın hər bir bölgəsi, kəndi inkişaf edib. Bunu qiymətləndirmək lazımdır”.

N.Məhəməliyevin sözlərinə görə, istənilən addım belə, cəmiyyətdə müxtəlif cür qiymətləndirilir: “Hansısa insanı məcbur etmək olmaz ki, fərqli fikir söyləməsin. Diqqət etmək lazımdır ki, baş verən prosesə ziyalılar necə qiymət verir? Sosial şəbəkələrdə anonim adlar adlarla yazılan qıcıqlandırıcı şərhlərə fikir vermək lazım deyil. Zaman Azərbaycanın xeyrinə işləyir, bundan düzgün, məqsədyönlü istifadə etmək lazımdır ki, ölkəmiz daha da güclənsin. Hər kəs bu işdə töhfə verməlidir”.

Xatırladaq ki, “Meydan TV”nin keçmiş rəhbəri Emin Milli indiyədək sərgilədiyi mövqeyə görə Azərbaycan Prezidenti İlham Əliyevdən və digər siyasətçilərdən üzr istəyib.

“İllər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu qurucu yox, dağıdıcı bir rol oynayır. Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər”, - E.Milli deyib.

Son xəbərlər

Orphus sistemi