Hibrid avtomobillərin vergidən azad edilməsi layihəsi I oxunuşda qəbul olunub

Milli Məclis
  • 17 noyabr, 2021
  • 11:50
Hibrid avtomobillərin vergidən azad edilməsi layihəsi I oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişikliklə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

44 filmi