Hesablama Palatasının üzvlərinin sayı azaldılır

Hesablama Palatasının üzvlərinin sayı azaldılır Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının üzvlərinin sayının azaldılması təklif olunur.
Milli Məclis
22 Oktyabr , 2018 17:51
Hesablama Palatasının üzvlərinin sayı azaldılır
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının üzvlərinin sayının azaldılması təklif olunur.

“Report” xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilir.

Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Dəyişikliklə isə auditorların sayının 7-dən 5-ə endirilməsi təklif olunur.

Dəyişikliklə Hesablama Palatası sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. Hazırkı qanunvericilikdə iş təcrübəsi müddəti nəzərdə tutulmur.

Qeyd edək ki, qanunvericiliyə edilən digər dəyişikliklə Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılır.

Son xəbərlər

Orphus sistemi