Hesablama Palatası: Vəzifəli şəxslərə zəruri intizam tədbirləri tətbiq edilmir, yalnız xəbərdarlıq edilir

Hesablama Palatası: Vəzifəli şəxslərə zəruri intizam tədbirləri tətbiq edilmir, yalnız xəbərdarlıq edilir Hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq
Milli Məclis
5 Aprel , 2021 12:54
Hesablama Palatası: Vəzifəli şəxslərə zəruri intizam tədbirləri tətbiq edilmir, yalnız xəbərdarlıq edilir

"Əvvəlki illərdə də qeyd edildiyi kimi, dövlət vəsaitlərinin qanunauyğun, səmərəli, qənaətli və nəticəli istifadəsində nöqsanlara yol verən vəzifəli şəxslərə münasibətdə zəruri intizam tədbirləri tətbiq edilmir".

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.

Palata həmin vəzifəli şəxslərə yalnız xəbərdarlıq edildiyini, həmin şəxslərin öz vəzifələrini davam etdirməsi ilə gələcəkdə də bu istiqamətdə xarakterik nöqsanlara yol vermə riskinin əhəmiyyətli olması qənaətini bir daha vurğulayır.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi