Hadi Rəcəbli: “Əfqanıstanda həlak olanların ailələrinə verilən təqaüdün artırılması onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir”

Hadi Rəcəbli: “Əfqanıstanda həlak olanların ailələrinə verilən təqaüdün artırılması onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir” Bakı. 22 fevral. REPORT.AZ/ Prezident İlham Əliyevin fərmanı ilə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailəsi Prezident təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il martın 1-dən 300 manat olması mühüm addımdır. Həmin ailələr əvvəllər 220 manat təqaüd alırdı, indi isə 300 manat alacaq. Burada 80 manat hiss olunan rəqəmdir. Fərman böyük bir qrup insanın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bu addım həmin insanlar tərəfindən müsbət qarşılanıb”.
Milli Məclis
22 Fevral , 2019 13:24

Bakı. 22 fevral. REPORT.AZ/ "Prezident İlham Əliyevin fərmanı ilə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailəsi Prezident təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il martın 1-dən 300 manat olması mühüm addımdır. Həmin ailələr əvvəllər 220 manat təqaüd alırdı, indi isə 300 manat alacaq. Burada 80 manat hiss olunan rəqəmdir. Fərman böyük bir qrup insanın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bu addım həmin insanlar tərəfindən müsbət qarşılanıb”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komtəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri xatırladıb ki, dövlət başçısı fevralın 21-də sərəncamla Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədi ilə Prezidentinin ehtiyat fondundan İctimai Birliyinə bir milyon manat ayırıb.

O bildirib ki, bütün bunlar həmin insanlara, onların ailələrinə diqqət və qayğının göstəricisidir: “Əfqanıstanda döyüşlərdə 7 500 azərbaycanlı iştirak edib. Bunlardan 208-i həlak olub, 8-i isə itkin düşüb. Hazırda o döyüşlərdə iştirak edənlərin 5000-ə yaxın sağdır. Bu qəbildən olan insanlara, onların ailələrinə dəstək davam etdiriləcək. Şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsi, minimum əməkhaqqının, əmək pensiyasının artırılması dövlətin bu qrupdan olan insanlara qarşı həssas davranışını göstərir”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli də bu fərmanı müsbət qiymətləndirib.

Onun sözlərinə görə, təqaüdün artırılması Prezident İlham Əliyevin bu kateqoriyadan olan ailələrə qayğısının göstəricisidir: “Minimum əməkhaqqının, əmək pensiyalarının artırılması da bu qəbildəndir. Məndə olan məlumata görə, bütün veteranlara verilən müavinət artırılacaq. Bu addımlar onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Azərbaycan hökuməti bu istiqamətdə bütün addımlar atır".

T.Kərimli xatırladıb ki, şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsi, minimum əməkhaqqının, əmək pensiyalarının artırılması 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulub: "Bu addımlar da ona uyğun atılır. Büdcə zərfinin müzakirələri zamanı sosial təminatın gücləndirilməsi üçün əlavə vəsaitin ayrılması təkliflərini etmişəm. Ölkədə ötən ilin əvvəlindən 11 istiqamət üzrə islahatlar kursu müəyyən edilib. Müxalifət partiyaları iddia edir ki, hakimiyyət qorxub deyə belə addımlar atır... Burada hansı qorxudan söhbət gedə bilər? Təbii ki, iqtidar hansısa proseslərdən nəticə çıxarır. Xalq müxalifətin ardınca deyil, müxalifət xalqın arxasınca gedir. Aylarla, illərlə fəaliyyəti olmayan bəzi qüvvələr hansısa hadisə baş verdikdə ortaya çıxırlar. Həbsdə olan blogger Mehman Hüseynovun məsələsi buna sübutdur. Onlar bunlar faydalanmaq istəyirdilər. Onlar həmişə belə edirlər, müvafiq addımlar atıldıqdan sonra sakitləşirlər. İndi, hətta mitinqdə səsləndirməyə şüar belə tapa bilmirlər...Jurnalsitlər şahiddir, deputatlar kredit və digər sosial məsələlərlə bağlı təkliflər irəli sürür. Bu problemlər yalnız müxalifətin tələbi deyil ki? Deputatların da tələbidir, istəyidir. Hökumət bunu müəyyən mənada nəzərə alır. Müxalifətin “biz etiraz etdik, hakimiyyət həll etdi” iddiaları gülüncdür. Hökumət xalqın istəyini nəzərə alaraq addımlar atır”.

Deputat qeyd edib ki, ölkədə inqilabi dəyişikliklər baş verir: “Təsəvvür edin, elə böyük islahatlar həyata keçirilir ki... İctimai-siyasi, iqtisadi həyatın elə bir sahəsi yoxdur ki, orada islahatlar həyata keçirilməsin”.

Son xəbərlər

Orphus sistemi