Suriyanın turizm nazirinin müavini Dəməşqdəki partlayışda yaralanıb - YENİLƏNİB
- 07 iyul, 2026
- 14:12
Suriyanın turizm nazirinin müavini Fərəc əl-Kaşkuş Dəməşqdə baş verən partlayışlar nəticəsində yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" "Al-Hadath" telekanalına istinadən məlumat yayıb.
"Suriyanın turizm nazirinin müavini Fərəc əl-Kaşkuş Dəməşqdəki partlayışlar nəticəsində yaralanıb", - məlumatda bildirilib.
Daha əvvəl Suriyanın Daxili İşlər Nazirliyi bildirmişdi ki, orada baş verən partlayışlar səbəbindən Fransa Prezidenti Emmanuel Makronun Dəməşqə səfər proqramına və onun qaldığı otelə birbaşa təhlükə yaranmayıb.
Dəməşqdəki (Suriya) partlayışlar nəticəsində azı 18 nəfər xəsarət alıb, onların arasında dörd polis əməkdaşı var.
"Report" xəbər verir ki, bu barədə Suriya mediası Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Suriyada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun qaldığı "Four Seasons" hotelinin yaxınlığında bu gün iki partlayış baş verib.