GUAM-ın baş katibi: "Azərbaycanda parlament seçkiləri sakit ab-havada keçirilir"

GUAM-ın baş katibi: "Azərbaycanda parlament seçkiləri sakit ab-havada keçirilir" GUAM və GUAM PA Azərbaycanda parlament seçkilərinin gedişini müsbət dəyərləndirir
Milli Məclis
1 Noyabr , 2015 15:29
GUAM-ın baş katibi: Azərbaycanda parlament seçkiləri sakit ab-havada keçirilir

Bakı. 1 noyabr. REPORT.AZ/ GUAM və GUAM Parlament Assambleyası Azərbaycanda parlament seçkilərinin gedişini müsbət dəyərləndirir. Bu haqda "Report"a açıqlamasında seçkiləri müşahidə edən GUAM-ın baş katibi Valeri Çeçelaşvili məlumat verib.

"Seçkinin gedişatı ilə əlaqədar ciddi irad yoxdur. GUAM PA-dan olan həmkarlarım məntəqələrdə çox sayda müşahidəçinin olduğunu və seçkilərin sakit ab-havada keçirildiyini qeyd edib", - V.Çeçelaşvili vurğulayıb.

Onun sözlərinə görə, GUAM müşahidə missiyası günün ilk yarısında Bakıdakı seçkiləri izləyib: "Biz artıq paytaxtda 7 seçki dairəsi üzrə 20-22 seçki məntəqəsində olmuşuq. İndi müşahidə qrupunun digər üzvləri ilə Sumqayıta gedirik. Axşam isə toplaşıb seçkilərlə bağlı öz fikirlərimizi bildirəcəyik".

Son xəbərlər

Orphus sistemi