Könüllü genom qeydiyyatının aparılmasına görə dövlət rüsumunun məbləği müəyyənləşib

Könüllü genom qeydiyyatının aparılmasına görə dövlət rüsumunun məbləği müəyyənləşib Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun məbləği müəyyənləşib.
Milli Məclis
18 Mart , 2019 13:41
Könüllü genom qeydiyyatının aparılmasına görə dövlət rüsumunun məbləği müəyyənləşib
0 : 00
0 : 00

Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun məbləği müəyyənləşib.

“Report” xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Qanuna 33-6-cı (Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri) maddəsi əlavə olunur.

Maddəyə əsasən, könüllü dövlət daktiloskopik qeydiyyatının aparılmasına görə 20, könüllü dövlət genom qeydiyyatının aparılmasına görə isə 250 manat dövlət rüsumu müəyyən edilib.

Layihədə xatırladılıb ki, dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi