Gəncədən Şuşaya avtobus reysinin təşkil edilməsi təklif olunur

Milli Məclis
  • 15 mart, 2022
  • 11:26
Gəncədən Şuşaya avtobus reysinin təşkil edilməsi təklif olunur

Gəncədən Şuşaya avtobus reysinin təşkil edilməsi təklif olunub.

“Report”un xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı çıxış edib.

O xatırladıb ki, hazırda Bakıda Şuşaya avtobus reysləri təşkil edilir:

“Seçicilərimiz də bizə Gəncədən Şuşaya getmək istədiklərini dilə gətirirlər. Təklif edirəm ki, seçicilərimizin istəklərini nəzərə alaraq Gəncədən də Şuşaya avtobus reysi təşkil edilsin”.

44 filmi