Gələn həftə Milli Məclisin Xocalı soyqırımına həsr olunan xüsusi iclası keçiriləcək

Milli Məclis
  • 17 fevral, 2022
  • 05:18
Gələn həftə Milli Məclisin Xocalı soyqırımına həsr olunan xüsusi iclası keçiriləcək

Milli Məclisin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş xüsusi iclası keçiriləcək.

"Report"un xəbərinə görə, toplantının fevralın 25-də baş tutması gözlənilir.

İclasda Xocalı soyqırımının soyqırımı cinayəti kimi tanınması ilə bağlı xarici ölkələrin parlamentlərinə və beynəlxalq təşkilatlara parlamentin müraciəti qəbul ediləcək.