Fransalı deputat Sahibə Qafarovaya məktub göndərib

Fransalı deputat Sahibə Qafarovaya məktub göndərib Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lambert Milli Məclisin sədri Sahibə Qafarovaya və parlamentin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədova məktub ünvanlayıb
Milli Məclis
207
10 Noyabr , 2021 21:21
Fransalı deputat Sahibə Qafarovaya məktub göndərib
Sahibə Qafarova

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lambert Milli Məclisin sədri Sahibə Qafarovaya və parlamentin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədova məktub ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilə məlumata görə, məktubunda Jerom Lambert Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış uğurlu müharibə nəticəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulmasını Azərbaycan xalqı üçün uzun və üzücü bir dövrün başa çatması kimi xarakterizə edib.

Münaqişənin mülkü əhali arasında çoxsaylı itkilərə səbəb olmasından təəssüflə söz açan Jerom Lambert Gəncədə olarkən erməni raketlərinin atəşinə məruz qalmış məhəllələri öz gözü ilə gördüyünü qeyd edib.

Məktub müəllifi bütün bu illər ərzində mülki vətəndaşların kütləvi yerdəyişməsinə gətirib çıxaran müharibələri və faciələri indi bütün regionun tərəqqisinə aparan yeni eranın əvəz etdiyini bildirib. Fransalı deputat azad edilmiş ərazilərə səfəri zamanı bərpa dövrünün başlandığının şahidi olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərin yenidən qurulması və yurdlarından didərgin salınmış əhalinin qayıdışı üzərində iş getdiyini deyib.

O, məktubunda keçdiyi sınaqlardan daha da güclənərək çıxan Azərbaycanın və etnik mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlıların daha parlaq gələcəyinə inandığını ifadə edib.

Sonda Jerom Lambert Azərbaycan parlamentinin sədrini və Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbərini Fransa-Azərbaycan dostluq qrupunun xalqlarımız arasında sülhün qorunması və münasibətlərin ahəngdar inkişafının təmin olunması üçün çalışacağına əmin edib.

Son xəbərlər

Orphus sistemi