MM-in sədr müavini: “Fransa Azərbaycana qarşı ardıcıl qətnamələr qəbul etməklə Azərbaycanı itirir”

MM-in sədr müavini: “Fransa Azərbaycana qarşı ardıcıl qətnamələr qəbul etməklə Azərbaycanı itirir” “Fransa Azərbaycana qarşı ardıcıl qətnamələr qəbul etməklə Azərbaycanı itirir”.
Milli Məclis
2 Dekabr , 2022 11:38
MM-in sədr müavini: “Fransa Azərbaycana qarşı ardıcıl qətnamələr qəbul etməklə Azərbaycanı itirir”
Adil Əliyev

“Fransa Azərbaycana qarşı ardıcıl qətnamələr qəbul etməklə Azərbaycanı itirir”.

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin (MM) sədr müavini Adil Əliyev parlamentin dekabrın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Sədr müavini qeyd edib ki, Fransanın ölkəmizə qarşı apardığı riyakar siyasət onun ikiüzlü olmasını hər zaman büruzə verir: “Daim Azərbaycanın ərazi bütövlüyünün əleyhinə çıxırlar”.

A.Əliyev bildirib ki, Azərbaycan siyasi, iqtisadi, hərbi çəkisinə görə Cənubi Qafqazın əsas dövlətidir: “Erməni lobbisinin təsiri ilə hərəkət edənlər ədalət hissini boğmaqla yanaşı, Fransanın milli və təhlükəsizlik maraqlarını da bir tərəfə qoyur. Çünki Fransanın milli və təhlükəsizlik maraqları Cənubi Qafqazın əsas dövləti ilə əməkdaşlığı diqtə edir”.

Son xəbərlər

Orphus sistemi