Yuxarı

Fazil Mustafa: "Bakıdakı söküntü işlərinin məsuliyyətini kim üzərinə götürür?"

Deputat Fazil Mustafa

Bakı. 16 mart. REPORT.AZ/ “Bakıda pilot layihələr həyata keçirilir, köhnə yaşayış binaları sökülərək yerində yeni binalar tikilir. Bu, məsuliyyətli məsələdir”.

“Report”un xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Fazil Mustafa deyib.

O qeyd edib ki, şəhərin pilot layihə keçirilən hissəsində layihələrin başa çatmasını gözləmək lazımdır: “Bu, bir neçə yerdə oldusa, nəticələrini gözləmək lazımdır. Əgər müsbət nəticələri varsa, bütün Bakı şəhərindəki köhnə binaları söküb, yeni binalar tikmək olar. Hər tərəfdə bu söküntü aparırlar, bunun riskini kim üzərinə götürür? Bu, olduqda ciddi problemlərdən biridir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi