Erkin Qədirli növbədənkənar seçkilərə qatılacağını açıqlayıb

Erkin Qədirli növbədənkənar seçkilərə qatılacağını açıqlayıb ReAl Partiyasının xarici əlaqələr üzrə katibi, siyasi şərhçi Erkin Qədirli 9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi iştirak edəcək.
Milli Məclis
10 Dekabr , 2019 17:29
Erkin Qədirli növbədənkənar seçkilərə qatılacağını açıqlayıb

ReAl Partiyasının xarici əlaqələr üzrə katibi, siyasi şərhçi Erkin Qədirli 9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi iştirak edəcək.

"Report"un xəbərinə görə, bu barədə o, "Facebook"da yazıb.

"Qarşıdan gələn parlament seçkilərinə qatılmalı olacağam. Bundan öncəki imtinama görə ReAl-da çox tənqid olundum", - E.Qədirli qeyd edib.

Qeyd edək ki, E.Qədirli bundan əvvəl Milli Məclisə keçirilən seçkilərə qatılmayacağını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi