Əli Hüseynli: “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklə bağlı təəssürat düzgün deyil”

Əli Hüseynli: “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklə bağlı təəssürat düzgün deyil” “İctimai müzakirələr zamanı belə təəssürat yaranırdı ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklikdə məqsəd bütövlükdə sahibkarlıqla bağlı məsələlərin bir məhkəmədə baxılmasıdır. Bu, belə deyil”.
Milli Məclis
13 İyun , 2019 13:31
Əli Hüseynli: “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklə bağlı təəssürat düzgün deyil”

“İctimai müzakirələr zamanı belə təəssürat yaranırdı ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklikdə məqsəd bütövlükdə sahibkarlıqla bağlı məsələlərin bir məhkəmədə baxılmasıdır. Bu, belə deyil”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, inzibati məsələlərə inzibati məhkəmələrdə baxılacaq, amma o yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq: “Bunun anlayışı da verilib”.

Son xəbərlər

Orphus sistemi