“Bütün orden və medallar dövlətçilik və hərbi atributları özündə əks etdirir”.
“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edən zaman deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın 10 orden və 64 medalı var: “Azərbaycanın ən yüksək təltifi “Heydər Əliyev” ordenidir. İkinci orden isə “Zəfər” ordeni olacaq. Onun üzərində dəmir yumruq simvol kimi təsvir olunub".