Əhliman Əmiraslanov: “Valideynlərin təhsil səviyyəsi uşaqların sağlam böyüməsinə təsir edir”

Əhliman Əmiraslanov: “Valideynlərin təhsil səviyyəsi uşaqların sağlam böyüməsinə təsir edir” Bakı. 23 may. REPORT.AZ/ “Son 10 ildə həm dünyada, həm də Azərbaycanda boşanmaların sayı iki dəfə artıb. Bir valideyn ilə böyüyən uşaqların həm fiziki, həm də psixi sağlamlığında olan problem hər iki valideyin olan uşaqlarla müqayisədə xeyli çoxdur. Bu da onunla bağlıdır ki, bir valideyni olan ailələrdə uşaqlara diqqət ayrılmır”.
Milli Məclis
23 May , 2018 11:30
Əhliman Əmiraslanov: “Valideynlərin təhsil səviyyəsi uşaqların sağlam böyüməsinə təsir edir”
Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ “Son 10 ildə həm dünyada, həm də Azərbaycanda boşanmaların sayı iki dəfə artıb. Bir valideyn ilə böyüyən uşaqların həm fiziki, həm də psixi sağlamlığında olan problem hər iki valideyin olan uşaqlarla müqayisədə xeyli çoxdur. Bu da onunla bağlıdır ki, bir valideyni olan ailələrdə uşaqlara diqqət ayrılmır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, ailələrin boşanması digər fəsadlarla yanaşı, uşaqların sağlamlığına mənfi təsir göstərir: “Həmin uşaqlar ya xəstə olurlar, ya da xəstəliklərinin sayı çox olur. Valideynlərin təhsil səviyyəsi də uşaqların sağlam böyüməsinə təsir edən faktorlardandır”.

Son xəbərlər

Orphus sistemi