“Dərman vasitələri ilə bağlı hazırlanan sənəd üzərində hələ iş gedir”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin yanvarın 25-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Baş nazirin tapşırığı ilə sənədin hazırlanması ilə bağlı səhiyyə sahəsində təcrübəsi olan mütəxəssislərin fikirləri də öyrəniləcək: “Sənədlə bağlı aidiyyəti qurumlarla görüşlər keçirilib. Ölkəyə gətirilən dərmanların gömrükdən keçirilməsi ilə bağlı problemlər var və bu, məsələ barədə çox danışılıb. Bununla bağlı da aidiyyəti qurumların nümayandələri ilə görüş olub və növbəti görüşün də olması nəzərdə tutulub”.