Əhliman Əmiraslanov: “Azərbaycanda kifayət qədər dezinfeksiyaedici məhsullar var”

Milli Məclis
  • 17 mart, 2020
  • 08:27
Əhliman Əmiraslanov: “Azərbaycanda kifayət qədər dezinfeksiyaedici məhsullar var”

“Azərbaycanda kifayət qədər dezinfeksiyaedici məhsullar var”. 

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirlən iclasında deyib.

O bildirib ki, koronavirus çox təhlükəli bir infeksiyadır: “Hesab edirəm ki, panikanın yayılması bu virusa qarşı tədbirlərin görülməsini zəiflədə bilər. Hər birimiz şəxsi gigiyenamıza diqqət etməliyik. Əminəm ki, qısa müddətdə bu virusun öhdəsindən gələ biləcəyik”.