Dərmanların tənzimlənən qiymətlərdən baha satılmasının qadağan olunmasına dair layihə III oxunuşda təsdiqlənib

Dərmanların tənzimlənən qiymətlərdən baha satılmasının qadağan olunmasına dair layihə III oxunuşda təsdiqlənib Qeydiyyata alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılmasının qadağan olunmasına dair layihə ilk oxunuşdan keçib.
Milli Məclis
14 İyul , 2023 12:13
Dərmanların tənzimlənən qiymətlərdən baha satılmasının qadağan olunmasına dair layihə III oxunuşda təsdiqlənib

Qeydiyyata alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılmasının qadağan olunmasına dair layihə ilk oxunuşdan keçib.

"Report"un xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, təklif olunan dəyişikliklə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan edilir.

Qanunun hazırki bəndi isə belədir: "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır".

Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi