Deputatlığa nаmizədliyin qeydə alınması üçün sənədlərin DSK-lara təqdim edilməsinə başlanılıb

Deputatlığa nаmizədliyin qeydə alınması üçün sənədlərin DSK-lara təqdim edilməsinə başlanılıb Bu gündən - dekabrın 21-dən növbədənkənar parlament seçkilərində nаmizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılıb.
Milli Məclis
21 Dekabr , 2019 15:33
Deputatlığa nаmizədliyin qeydə alınması üçün sənədlərin DSK-lara təqdim edilməsinə başlanılıb

Bu gündən - dekabrın 21-dən növbədənkənar parlament seçkilərində nаmizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılıb.

“Report” xəbər verir ki, “Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na əsasən, səsvermə gününə ən çoxu 50 gün qalmış deputatlığa nаmizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədləri dairə seçki komissiyasına təqdim oluna bilər. 

Sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilə bilər.  

Proses səsvermə gününə ən аzı 30 gün qalmış - yanvarın 10-u saat 18:00-də başa çatacaq.  

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi