Deputatlığa namizədliyi qeydə alınan şəxslərin sayı açıqlanıb

Deputatlığa namizədliyi qeydə alınan şəxslərin sayı açıqlanıb 1 553 nəfər imza vərəqəsi alıb
Milli Məclis
29 Sentyabr , 2015 17:22
Deputatlığa namizədliyi qeydə alınan şəxslərin sayı açıqlanıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu il keçiriləcək parlament seçkilərində 427 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, seçkilərdə iştirak etmək üçün 1 753 nəfər müraciət edib: “Onlardan 565-i siyasi partiyalar, 62 nəfəri “Azadlıq-2015” seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1 123 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1 645 şəxsin namizədliyinin irəli sürülməsi təsdiq edilib”.

M.Pənahov qeyd edib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1 553 nəfər imza vərəqəsi alıb: “665 nəfər imza vərəqələrini qaytarıb”.

O bildirib ki, seçkilərlə bağlı MSK-ya 17 müraciət daxil olub, onların da əksəriyyəti təmin edilib.
Qeyd edək ki, bu il noyabın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi