Deputatlığa namizəd Seymur Bayramov seçicilərlə görüşüb

Deputatlığa namizəd Seymur Bayramov seçicilərlə görüşüb 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Seymur Bayramov seçicilərlə görüşüb.
Milli Məclis
334
28 Yanvar , 2020 17:37
Deputatlığa namizəd Seymur Bayramov seçicilərlə görüşüb

92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Seymur Bayramov seçicilərlə görüşüb.

"Report" xəbər verir ki, gənc namizəd seçkiyə qatılmasını məhz Prezident İlham Əliyevin gənclərə olan çağırışına biganə qala bilməməsi ilə izah edib. 

O, öz təcrübəsini və ümumən bu proseslərlə bağlı mövqeyini seçicilərlə bölüşüb. S.Bayramov qarşılaşdığı və əhali ilə görüş zamanı öyrəndiyi problemlərin həlli ilə bağlı fikirlərini səsləndirib. 

Hər bir seçicisinə individual yanaşan gənc namizəd seçki gününə qədər fəal şəkildə bütün seçicilərlə görüşməyi planlaşdırır. 

O qeyd edib ki, ən vacib amil və şərt daima insanlarla ünsiyyətdə olmaq, onların hər zaman yanında olmaqdır.

"Hər bir problemin həllini elə o insanın və ya insanların iştirakı ilə müzakirə etmək lazımdır", - deyən S.Bayramov rayonun investisiya imkanlarının dərindən araşdırmaq, investisiya maraqları təmin etməyin çox vacib olduğunu qeyd edib: "İnsanların həyat şəraitinin yaxşılaşması və sosial rifahının yüksəlməsi, eyni zamanda işsizlik probleminin azalması üçün ən vacib həll yollarından biri də budur". 

Gənc namizədin hər bir məsələyə yanaşması və fikirləri görüş iştirakçılarını çox sevindirib və əminliklə dəstək olacaqlarını bildiriblər. 

Görüş problemi olan insanlarla fərdi şəkildə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi