​Sabir Rüstəmxanlı deputatlığa namizəd olmayacaq

​Sabir Rüstəmxanlı deputatlığa namizəd olmayacaq VHP sədri seçkilərdə iştirak etməməklə bağlı qərar qəbul edib
Milli Məclis
127
18 Sentyabr , 2015 11:06
​Sabir Rüstəmxanlı deputatlığa namizəd olmayacaq

Bakı. 18 sentyabr. REPORT.AZ/ Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bu il keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.

S.Rüstəmxanlı "Report"a açıqlamasında bildirib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd kimi iştirak etməməklə bağlı qərar qəbul edib.

VHP sədri namizəd olmamağının səbəblərini açıqlamayıb. 

S.Rüstəmxanlı 1946-ci ildə anadan olub. O, hələ SSRİ dövründə - 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib. 1995-ci ildən - I çağırışdan Milli Məclisin üzvüdür.

Son xəbərlər

Orphus sistemi