Milli Məclisin plenar iclaslarının keçirilməsi qaydasına dəyişiklik edilir.
“Report”un xəbərinə görə, bununla bağlı “Milli Məclisin statusu haqqında” Qanuna dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən Milli Məclisin azı 42 deputatının tələbi ilə parlamentin plenar iclasları onlayn şəkildə keçirilə biləcək.
Qanun layihəsinə dəyişiklik Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.