"Xalq bu mitinqə dəstək vermədi" - RƏYLƏR

"Xalq bu mitinqə dəstək vermədi" - RƏYLƏR Özünü Milli Şura adlandıran qurumun üzvləri oktyabrın 19-da Bakının mərkəzində razılaşdırılmamış mitinq keçirməyə cəhd etdilər. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış mitinqin keçirilməsi düzgün deyil. Aksiya qanunsuz olduğu üçün qarşısı alındı. Həmin quruma Bakının Lökbatan qəsəbəsində yer ayrılmışdı, həmin əraziyə toplaşıb sözlərini deyə, təkliflərini səsləndirə bilərdilər. Təəssüflər olsun ki, radikal müxalifət bunu etmədi, qanunsuz yola əl atdı, buna görə də aksiyanın qarşısı alındı. Bu mitinq də onların əleyhinə işlədi.
Milli Məclis
21 Oktyabr , 2019 12:23
Xalq bu mitinqə dəstək vermədi - RƏYLƏR

"Özünü Milli Şura adlandıran qurumun üzvləri oktyabrın 19-da Bakının mərkəzində razılaşdırılmamış mitinq keçirməyə cəhd etdilər. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış mitinqin keçirilməsi düzgün deyil. Aksiya qanunsuz olduğu üçün qarşısı alındı. Həmin quruma Bakının Lökbatan qəsəbəsində yer ayrılmışdı, həmin əraziyə toplaşıb sözlərini deyə, təkliflərini səsləndirə bilərdilər. Təəssüflər olsun ki, radikal müxalifət bunu etmədi, qanunsuz yola əl atdı, buna görə də aksiyanın qarşısı alındı. Bu mitinq də onların əleyhinə işlədi".

Bunu "Report"a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.

"Müxalifətin sosial bazası yoxdur".

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı &

O bildirib ki, müxalifətin sosial bazası yoxdur, ona görə də razılıq verilən ərazilərdə mitinq keçirmirlər, 100 – 150 nəfərin harasa toplaşması ilə ciddi nəticə əldə etmək olmaz:

"Onların niyyəti ölkəni xaosa sürükləməkdir. Ölkədə xalq – iqtidar birliyi var, vətəndaşlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir”.

Deputat Cavid Osmanov “Report”a açıqlamasında bildirib ki, özünü Milli Şura adlandıran qurumun oktyabrın 19-da Bakının mərkəzində keçirdiyi mitinq qanunsuz olub.

"Mitinqin məqsədi ölkədəki sabitliyi pozmaq idi".

Cavid Osmanov

Milli Məclisin deputatı &

Parlament üzvü qeyd edib ki, mitinqə cəhdin qarşısı qanunverciliyə uyğun olaraq alınıb:

“Xalq bu mitinqə dəstək vermədi, onların çağırışlarına səs vermədilər. Mitinqin məqsədi ölkədəki sabitliyi pozmaq idi. Hüquq-mühafizə orqanları xüsusi peşəkarlıq göstərərək mitinqə cəhdin qarşısını aldı. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin necə xəyanətkar olduğu üzə çıxıb”.

Milli Məclisin deputatı Elman Nəsirov “Report”a açıqlamasında deyib ki, Azərbaycanda radikal mübarizə yolunu seçən dağıdıcı müxalifət xaricdən idarə olunur.

"Polis humanizm nümayiş etdirdi..."

Elman Nəsirov

Deputat Elman Nəsirov

E.Nəsirov vurğulayıb ki, radikal müxalifət xaricdəki ermənipərəst, anti-Azərbaycan qüvvələr tərəfindən dəstəklənirlər: “Onlar sərbəst, müstəqil deyillər, tapşırıq alırlar, hərəkət edirlər. Özünü Milli Şura adlandıran qurumun oktyabrın 19-da Bakının mərkəzində mitinqə cəhdi qanunsuz idi. Özlərini demokrat kimi təqdim edirlər, qanunun aliliyindən danışırlar, amma atdıqları atdım “Sərbəst toplaşaq azadlığı haqqında” qanuna ziddir. Qanunda qeyd edilib ki, metropolitenin mühafizə zonasında mitinqin keçirilməsi qadağandır. Bunu bilə-bilə niyə edirlər? Ona görə də hüquq mühafizə orqanları ictimai asayişi qorumağa çalışdılar və mitinqə cəhdin qarşısı alındı. Polis humanizm nümayiş etdirdi...

Xalqımız razılaşdırılmamış mitinqi təşkil edənlərin niyyətinin nə olduğunu bilir. Bu mitinqə cəhd göstərdi ki, radikal müxalifətin heç bir sosial bazası yoxdur, populizmdən başqa əllərindən nəsə gəlmir, məqsədləri Azərbaycanda xaos, anarxiya yaratmaqdır. Xalqımız öz Prezidenti ətrafında monolit birləşib, dövlət başçısını müdafiə edirlər. Xalq-iqtidar birliyi uzanan qara əllərin kəsilməsi üçün şərtdir”.

Son xəbərlər

Orphus sistemi