Deputatlar müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılmasına razılıq veriblər

Deputatlar müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılmasına razılıq veriblər Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
14 Dekabr , 2021 15:24
Deputatlar müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılmasına razılıq veriblər

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, dəyişikliklə müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.

Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq.

Bu ödəniş əvvəlki redaksiyada 35 ay sığorta stajına görə verilirdi.

Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi