Əli Hüseynli: "Yeni siyasi partiyaların qeydiyyata alınması çox müsbət haldır"

Əli Hüseynli: "Yeni siyasi partiyaların qeydiyyata alınması çox müsbət haldır" Siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür.
Milli Məclis
315
16 Aprel , 2020 19:27
Əli Hüseynli: Yeni siyasi partiyaların qeydiyyata alınması çox müsbət haldır

"Siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür". 

"Report" xəbər verir ki, bunu Milli Məclisin Hüquq komitəsinin sədri Əli Hüseynli Ədliyyə Nazirliyi tərəfindən yeni partiyaların qeydiyyata alınmasına münasibət bildirərkən deyib. 

Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyata alınmasını çox müsbət hal kimi dəyərləndirən komitə sədri qeyd edib ki, bu partiyalar uzun illər mövcud olsa da, qeydiyyatsız fəaliyyət göstərirdilər: "Hazırda isə siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür. Ölkəmizdə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar siyasi sistemi də əhatə edir. Hazırda fərqli siyasi baxışlarına baxmayaraq, milli dövlətçilik mənafeyindən, dövlət maraqlarından çıxış edən siyasi qüvvələrlə dialoq daha da dərinləşməkdədir".

O xatırladıb ki, altıncı çağırış Milli Məclisdə ilk dəfə olaraq, müxalifət partiyasını təmsil edən deputat Milli Məclisin sədr müavini seçilib:

"Həmçinin komitələrin sədr və sədr müavinləri sırasında müxalifət partiyalarının təmsilçiləri də yer almışdır. Bütün bunlar həm də Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasına xidmət edir. Yeni siyasi partiyaların qeydiyyata alınması isə ölkəmizdə siyasi sistemin daha da təkmilləşməsinə və münasibətlərin daha sağlam zəmində qurulmasına xidmət edəcək".

Son xəbərlər

Orphus sistemi