Deputat XİN əməkdaşlarını tənqid edib

Deputat XİN əməkdaşlarını tənqid edib Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur.
Milli Məclis
24 Yanvar , 2023 15:56
Deputat XİN əməkdaşlarını tənqid edib

Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, qeyri-maddi sözü kənardan gəlir, bunun izahını vermək lazımdır:

“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir? Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, ancaq nazirlikdə Azərbaycan dilini bilən yoxdur. Bilən də yaddan çıxarıb”.

Son xəbərlər

Orphus sistemi