Deputat: "Şuşanın məskunlaşması ilə bağlı konsepsiya hazırlanmalıdır"

Deputat: "Şuşanın məskunlaşması ilə bağlı konsepsiya hazırlanmalıdır" "Biz Şuşanı tüstüsüz, siqaret çəkilməyən bir şəhərə çevirməliyik"
Milli Məclis
25 May , 2021 12:26
Deputat: Şuşanın məskunlaşması ilə bağlı konsepsiya hazırlanmalıdır

“Bəlkə də Azərbaycan parlamentinin tarixində ən mühüm qanun layihəsini müzakirə edirik. Şuşa xalqımızın ruhunun və qəlbinin paytaxtıdır”.

"Report"un xəbərinə görə, bu fikirləri Milli Məclisin Əmək və sosail siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra onun tətbiqi ilə bağlı konsepsiyalar hazırlanacaq: “Hesab edirəm ki, qanun qəbul edildikdən sonra Şuşanın məskunlaşması ilə bağlı konsepsiya hazırlanmalıdır. Biz Şuşanı tüstüsüz, siqaret çəkilməyən bir şəhərə çevirməliyik. Biz Şuşanı yenidən bərpa edəcəyik və Azərbaycan, dünya xalqına təqdim edəcəyik”.

Son xəbərlər

Orphus sistemi