Rasim Musabəyov Rusiyaya gedir

Rasim Musabəyov Rusiyaya gedir Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov “Müasir şəraitdə bələdiyyələrarası beynəlxalq əməkdaşlıq: imkanlar və perspektivlər” mövzusunda konfransda iştirak etmək üçün iyunun 26-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcək.
Milli Məclis
25 İyun , 2019 17:14
Rasim Musabəyov Rusiyaya gedir

Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov “Müasir şəraitdə bələdiyyələrarası beynəlxalq əməkdaşlıq: imkanlar və perspektivlər” mövzusunda konfransda iştirak etmək üçün iyunun 26-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcək.

Bu barədə “Report”a parlamentin Mətbuat xidmətindən məlumat verilib.

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi və Ümumrusiya Bələdiyyə Təşkilatları Konqresinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirə deputatlar, aidiyyəti nazirlik və idarələrin nümayəndələri, özünüidarəetmə orqanlarının təmsilçiləri qatılacaqlar.

Toplantıda bələdiyyələrarası beynəlxalq əməkdaşlığın tənzimlənməsi və bununla bağlı hüquqi sahənin təkmilləşdirilməsi məsələləri müzakirə olunacaq.

Səfər iyunun 28-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi