Deputat: "Qiymətləndirici olmaq üçün daha çox staj tələb olunmalıdır"

Deputat: "Qiymətləndirici olmaq üçün daha çox staj tələb olunmalıdır" Milli Məclisin deputatı Fazil Mustafa peşə təhsili anlayışının “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinə salınmasını təklif edib.
Milli Məclis
24 Oktyabr , 2023 12:24
Deputat: Qiymətləndirici olmaq üçün daha çox staj tələb olunmalıdır

Milli Məclisin deputatı Fazil Mustafa peşə təhsili anlayışının “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinə salınmasını təklif edib.

“Report”un məlumatına görə, o bildirib ki, peşə məktəbini bitirib işində peşəkar olan hər hansı zərgərin ali təhsil almasına ehtiyac yoxdur.

F.Mustafa dəyişiklik layihəsində ali təhsil tələbininin aradan qaldırılmasını təklif edib:

“İnsanların savadı heç də diplomla ölçülməməlidir. Peşə diplomu da burada rol oynamalıdır. Qiymətləndirici işləmək qabiliyyətlə bağlı məsələdir. Ona görə də peşə təhsili diplomu məsələsi qanuna əlavə edilməlidir. Bundan başqa, 3 il staj tələbi isə çox azdır. Qiymətləndirici olmaq üçün daha çox staj tələb olunmalıdır. Test imtahanı ilə bağlı məsələ 6-cı maddədə göstərilib. Beynəlxalq sertifikatı olanların bu testdən keçməsinə nə ehtiyac var?!”.

Spiker Sahibə Qafarova isə ali təhsili şübhə altına alnmasına etiraz edib: “Bu qanun gələcəyə hesablanıb, yəni saxta diplom və s. məsələlər aradan qaldırılır”.

Son xəbərlər

Orphus sistemi