Deputat: "Qarabağ və Şərqi Zəngəzurun yeni və müasir portreti yaranmağa başlayıb"

Deputat: "Qarabağ və Şərqi Zəngəzurun yeni və müasir portreti yaranmağa başlayıb" “Ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı düşmən işğalından azad etdi və Ermənistanı təslim olmağa məcbur etdi. Bu qələbəni şərtləndirən əsas amillərdə
Milli Məclis
132
28 Oktyabr , 2021 17:33
Deputat: Qarabağ və Şərqi Zəngəzurun yeni və müasir portreti yaranmağa başlayıb

“Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı düşmən işğalından azad etdi və Ermənistanı təslim olmağa məcbur etdi. Bu qələbəni şərtləndirən əsas amillərdən biri isə Prezident, Xalq və Ordu birliyi idi”.

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi və postmünaqişə dövründə liderlik keyfiyyətləri, sərkərdəlik fəaliyyəti, diplomatik məharəti, dəqiq hesablanmış strateji və taktiki qərarları, ölkəmizin qarşısındakı tarixi xidmətləri Ali Baş Komandan, Prezident İlham Əliyevə olan xalq məhəbbətini daha da artırıb: “Azərbaycan xalqı öz taleyini vaxtında məhz Prezident İlham Əliyevə etibar etməklə böyük müdriklik və uzaqgörənlilik nümayiş etdirib. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Azərbaycan Prezidenti bu baxımdan dünya ölkələrinin prezidentləri arasında seçilən liderdir. Bu gün ölkəmizdə Prezidentə olan ehtiram, güvən, inam ən yüksək səviyyədədir. Əlbəttə ki, bu da əbəs deyil. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentimizin seçimi hər zaman xalqın yanında olmaqdan ibarət olub. İlham Əliyev həm də təhlükələrdən və çətinliklərdən çəkinməyən və öz xalqının maraqları naminə qətiyyətlə mübarizə aparan, öz cəsarətli addımları və siyasi iradəsi ilə seçilən bir liderdir. Dövlət başçısının hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını, güclü dövlət və müasir cəmiyyət konsepsiyasının ardıcıl şəkildə reallaşdırılmasını, əhalinin rifah halının daha da yüksəldilməsini təmin etmək məqsədi daşıyır”.

Cavid Osmanov
Cavid Osmanov

Deputat bildirib ki, bu gün azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir: “Qarabağ dünyanın ən gözəl bölgələrindən birinə çevrilir. Artıq həmin bölgələrdə çox böyük işlər görülür. Müharibədən sonra ölkəmizin imkanları hesabına dost ölkələrin nüfuzlu şirkətlərini cəlb etməklə Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verildi. Həmin açılışda isə Prezident İlham Əliyev və qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Bu isə bir daha onu göstərdi ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir. Yaxın gələcəkdə isə daha iki hava limanının Zəngilan və Laçında tikilərək istifadəyə verilməsi nəzərdə tutulub. Hesab edirəm ki, işğaldan azad olunmuş əraziləri bir-birinə bağlayan müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, Azərbaycanın əsas hissəsini Naxçıvan, daha sonra qardaş Türkiyə ilə bağlayacaq Zəngəzur dəhlizinin əsasının qoyulması və son nəticədə bölgənin beynəlxalq logistika mərkəzinə çevrilməsi potensialının yaradılması, habelə enerji təminatı məsələlərinin həll edilməsi, ən qabaqcıl texnologiyalar əsasında yaşayış məskənlərinin və istehsal obyektlərinin yaradılması istiqamətində görülən işlər Prezident İlham Əliyevin formalaşdırdığı yeni reallığın konturlarını aydın göstərir”.

"Son bir ay ərzində Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə (Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı) 8 dəfə səfər edib. Dövlət başçısının həmin ərazilərimizə səfərlərinin əsas məqsədi bərpa və və yenidənqurma işləri ilə ilə yerində tanış olmaq, tapşırıqlar vermək, prosesi şəxsi nəzarətdə saxlamaq, işlərin sürətlə və keyfiyyətlə həyata keçirmək, müasir yanaşma və meyarlar nəzərə alınmaqla aparılmasını təmin etməkdir. Prezident İlham Əliyevin fasiləsiz iş cədvəli və yorulmaz fəaliyyəti, qarşıya qoyduğu hədəflərə çatmaq üçün yürütdüyü məqsədyönlü siyasət nəticəsində xarabalığa çevrilmiş ərazilər tanınmaz dərəcədə dəyişir, Qarabağ və Şərqi Zəngəzurun yeni və müasir portreti yaranmağa başlayıb”, - deyə C.Osmanov qeyd edib.

Deputat vurğulayıb ki, İlham Əliyev “Mən hər bir azərbaycanlının Prezidentiyəm!” deyimini dönə-dönə əməli işlərlə təsdiqləyir: "Odur ki, xalq da həmişə öz dövlətini, liderini bütün işlərdə dəstəkləyir. Başqa sözlə, ən şad günlərdə də, ən çətin vaxtlarda da lider öz xalqının, xalq öz liderinin yanındadır. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyimizin səbəbidir. Bir sözlə, Azərbaycanda yaşanan son hadisələr bir daha göstərir ki, xalqımız ağır və şad günlərdə bacarıqla bir nöqtəyə vura bilir. Ona görə də hesab edirəm ki, Prezident İlham Əliyev haqlı olaraq xalq-iqtidar birliyini Azərbaycanda sabitliyin inkişafının əsas şərti adlandırıb. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev Azərbaycanın tarixi zəfərinin müəllifidir”.

Son xəbərlər

Orphus sistemi