Deputat: “Ölkə başçısı hamımızdan çox Cümhuriyyətimizə sədaqətlidir”

Deputat: “Ölkə başçısı hamımızdan çox Cümhuriyyətimizə sədaqətlidir” “Burada hər hansı deputat yanlış fikir bildirirsə, buna münasibət bildirmək lazımdır”.
Milli Məclis
31 May , 2020 15:23
Deputat: “Ölkə başçısı hamımızdan çox Cümhuriyyətimizə sədaqətlidir”

“Burada hər hansı deputat yanlış fikir bildirirsə, buna münasibət bildirmək lazımdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, həmkarı Vahid Əhmədov Prezident İlham Əliyevin fikirlərini çox səhv şəkildə şərh edib: “Ölkə başçısı bütün hamımızdan daha çox Cümhuriyyətimizə sədaqətlidir. Cümhuriyyət haqqında abidənin yaradılması ilə bağlı cənab Prezident sərəncam imzalayıb. Ölkə başçısı Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam imzaladı. Ölkə başçısı dövlətçiliyimizə, Cümhuriyyətimizə bizim hamımızdan çox sədaqətlidir. Ölkə başçısının ailəsi də həmçinin. İkincisi, Vahid Əhmədova bildirmək istəyirəmki, o vaxtlar əsgərlərin çəkmələrini valideynlər alırdı, bunun üçün ayrılan pullar ciblərə gedirdi. Biz Ordumuzla fəxr edirik. Fəxr etməyənlər mümkün olsa, qisası basdıra bilsinlər”.

Son xəbərlər

Orphus sistemi