Deputat Milli Məclisin Avropa Parlamentinə etiraz məktubu göndərməsini təklif edib

Deputat Milli Məclisin Avropa Parlamentinə etiraz məktubu göndərməsini təklif edib Bakı. 1 fevral. REPORT.AZ/ “Avropa Parlamenti Azərbaycana qarşı yenə qərəzli mövqe ortaya qoydu, heç bir əsas olmadan ölkəmiz ittiham edildi. Bu, ikili standartın bariz nümunəsidir”.
Milli Məclis
1 Fevral , 2019 13:24
Deputat Milli Məclisin Avropa Parlamentinə etiraz məktubu göndərməsini təklif edib
Deputat Fəzail Ağamalı / Report
0 : 00
0 : 00

Bakı. 1 fevral. REPORT.AZ/ “Avropa Parlamenti Azərbaycana qarşı yenə qərəzli mövqe ortaya qoydu, heç bir əsas olmadan ölkəmiz ittiham edildi. Bu, ikili standartın bariz nümunəsidir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

Deputat təəssüflə qeyd edib ki, Avropa Parlamenti, beynəlxalq təşkilatlar Ermənistanda baş verənlərə münasibət bildirmir: “Ermənistan həbsxanasında aclıqdan ölən siyasi fəal barədə müzakirə aparılmadı. Avropadakı təşkilatlar Ermənistanın müdafiə etməklə onların Azərbaycana qarşı işğalçılıq siyasətini stimullaşdırırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili yanaşma mövcuddur. Bu, onların bir daha xristian təəssübkeşliyinin nümayişidir. Mehman Hüseynovun məsələsini bayraq edib Azərbaycana qarşı kəskin iddialarla qətnamə qəbul edən Avropa Parlamentinə qarşı Milli Məclis etiraz məktubu ünvanlamalıdır. Tələb edilməlidir ki, ikili standartlara son qoyulsun. Azərbaycan gücləndikcə, nüfuzu artdıqca, islahatlar dərinləşdikcə anti-milli qüvvələr hücuma keçirlər”.

Son xəbərlər

Orphus sistemi