Deputat: "Kino sahəsi üçün əlavə dəyər vergisi ləğv edilməlidir"

Deputat: "Kino sahəsi üçün əlavə dəyər vergisi ləğv edilməlidir" "Kino sahəsində, xüsusilə də kommersiya filmləri üçün əlavə dəyər vergisi ləğv edilməlidir. Çünki büdcəsən ayrılan vəsait kino sahəsi üçün elə də çox deyil".
Milli Məclis
13 Noyabr , 2023 16:12
Deputat: Kino sahəsi üçün əlavə dəyər vergisi ləğv edilməlidir

"Kino sahəsində, xüsusilə də kommersiya filmləri üçün əlavə dəyər vergisi ləğv edilməlidir. Çünki büdcəsən ayrılan vəsait kino sahəsi üçün elə də çox deyil".

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

Onun sözlərinə görə, kino sahəsinin ƏDV-dən azad edilməsi ilə bu sahədə imkanları artırmaq olar.

F.Mustafa həmçinin bildirib ki, bölgələrə qayıdış məsələsi vacib olmalıdır: “Gələn ilin dövlət büdəsindən gənclər evinin saxlanılmasına vəsait ayrılsa da, içərisini doldura bilmədiyimiz bir çox obyektlər var. Ya onların təyinatı dəyişdirilməli, ya da hər hansı mədəni infrastruktur kimi bölgələrdə işlək vəziyyətə gəlməsini təmin etməliyik. Bundan başqa, idman obyektlərinin təmiri və başqa məsələlərlə bağlı vəsait artırılmalıdır. Misal olaraq, Bakıda əksər futbol meydançalarının dam örtüyü yoxdur. Paytaxtın iqliminə görə də əksəriyyəti tamamilə sıradan çıxır. Ölkədə son vaxtlar basketbol inkişaf etsə də, meydança tapmaq mümkün deyil. Məktəblərin həyətində bu tip meydançaların məcburi salınması məsələsini həll etmək lazımdır”.

Deputat rayonlarda işsizliyin kifayət qədər yüksək səviyyədə olduğunu da söyləyib: "Məşğulluq sistemi işsizliyin yükünü götürə bilmir".

O xatırladıb ki, gələn il bələdiyyə seçkiləri keçiriləcək: "İqtisadiyyatımızın dirçəlməsi üçün çıxış yollarından biri dövlətin yükünün bələdiyyələrə dövr edilməsidir. Nəhayət, 2024-cü ildə bələdiyyəni canlı bir quruma çevirməliyik. Bələdiyyə ölü vəziyyətdə olanda, onun sənədləri tanınmayanda və iqtisadi proseslərə qoşula bilməyəndə yerli xidmətlərdə böyük sıxıntılar yaradır".

Son xəbərlər

Orphus sistemi