Deputat: “Hakimlərə tətbiq edilən yaş məhdudiyyətinə düzəliş edilməlidir”

Deputat: “Hakimlərə tətbiq edilən yaş məhdudiyyətinə düzəliş edilməlidir” Bakı. 29 iyun. REPORT.AZ/ “Azərbaycanda hakimlərə tətbiq edilən yaş məhdudiyyətinə düzəliş edilməlidir”.
Milli Məclis
29 İyun , 2018 14:36
Deputat: “Hakimlərə tətbiq edilən yaş məhdudiyyətinə düzəliş edilməlidir”

Bakı. 29 iyun. REPORT.AZ/ “Azərbaycanda hakimlərə tətbiq edilən yaş məhdudiyyətinə düzəliş edilməlidir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, hazırda nəzərdə tutulan yaş həddi 68-dir: “Bu rəqəm artırılmalıdır. Ömürlük olması da problem yaratmaz. Əgər kim işləyə bilməyəcəksə, istefa ərizəsi yazacaq. Bu, digər dövlətlərdə də belədir”.

Milli Məclisin sədri Oqtay Əsədov Q.Həsənquliyevə cavab verib: “Sən kiminsə istefa verəcəyinə inanırsan?!”

Son xəbərlər

Orphus sistemi