Deputat: "Gənclər və idman sahəsinə özəl şirkətlərin cəlbi üçün mexanizm hazırlanmalıdır"

Deputat: "Gənclər və idman sahəsinə özəl şirkətlərin cəlbi üçün mexanizm hazırlanmalıdır" "Gənclər və idman sahəsinə özəl şirkət və sponsorların cəlbi üçün mexanizm hazırlanmalıdır".
Milli Məclis
6 Noyabr , 2023 13:19
Deputat: Gənclər və idman sahəsinə özəl şirkətlərin cəlbi üçün mexanizm hazırlanmalıdır

"Gənclər və idman sahəsinə özəl şirkət və sponsorların cəlbi üçün mexanizm hazırlanmalıdır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, xaricdə bəzi özəl şirkətlər sponsor olmaq üçün illərlə növbəyə dayanır: “Bax bizdə də belə mexanizm hazırlanmalıdır. Ola bilər, hər hansı vergi güzəşti, yaxud hər hansı stimulaşdırıcı proqramlar qəbul edilsin. Hesab edirəm ki, stimullaşdırıcı proqramlarla dövlətin bu sahədəki yükünü müəyyən qədər azaltmış olarıq. Bilirik ki, bir çox federasiyaları ayrı-ayrı dövlət qurumları dəstəkləyir. Amma özəl sektoru da bu işə cəlb etmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi