Deputat: "Gələcəkdə siyasi partiyalarla əməkdaşlığı daha da artırmalıyıq"

Deputat: "Gələcəkdə siyasi partiyalarla əməkdaşlığı daha da artırmalıyıq" "Gələcəkdə siyasi partiyalarla əməkdaşlığı daha da artırmalı, ölkədə siyasi mühitin daha da normallaşmasına çalışmalıyıq".
Milli Məclis
23 Noyabr , 2022 13:12
Deputat: Gələcəkdə siyasi partiyalarla əməkdaşlığı daha da artırmalıyıq
Ceyhun Məmmədov

"Gələcəkdə siyasi partiyalarla əməkdaşlığı daha da artırmalı, ölkədə siyasi mühitin daha da normallaşmasına çalışmalıyıq".

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti yeni mərhələyə qədəm qoyub: “Bu gün biz ölkədə siyasi partiya mədəniyyətinin, siyasi partiyalarla münasibətin daha da yüksək səviyyəyə qaldırılmasının şahidiyik. Hazırda ölkədə fəaliyyət göstərən bütün partiyalar dialoqlarda iştirak edir və onlara bütün lazımi şərait yaradılıb. Əvvəlki dövrdə bu cür şərait və münasibət olmayıb".

Son xəbərlər

Orphus sistemi