Fransa Yeni Kaledoniyada keçirilən referendumların nəticələrini saxtalaşdırır.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusuna həsr edilmiş konfransa çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Fransa guya kanak xalqının müstəqillik istəmədiyini göstərməyə çalışır:
"Bu hal təkcə Yeni Kaledoniyada yox, həm də Korsikada yaşanır. Hətta bu yaxınlarda onlara öz dillərində danışmaq qadağan edilib. XXI əsrdə Fransa hökuməti digər xalqlar üzərində ibtidai icma quruluşuna dair qaydaları tətbiq etməyə çalışır".
C.Feyziyev bildirib ki, bu gün dövlətlər hətta heyvanların hüquqlarının qorunması ilə bağlı qanunlar qəbul edir:
"Lakin Fransa insanları öz təbii hüquqlarından məhrum edir və onları mənimsəyir. Bu mübarizə müstəqilliyi arzu edən və dəstəkləyən bütün ölkələrin mübarizəsi olmaldır. Bu dövlətlərdən biri də Azərbaycandır, rəsmi Bakı Korsika, Yeni Kaledoniya kimi mübahisəli ərazilərə öz dəstəyini verir".