Deputat Ermənistanın dünənki təxribatından danışdı

Deputat Ermənistanın dünənki təxribatından danışdı “Ordumuz Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etdi. Bu gün bütün sahələrdə Ermənistanda hökm sürən xaos onu göstərir ki, onların dağıdılmış ordu qalıqları ayrı-ayrı şəxslərin əlində alətə çevrilib. Dünən Kəlbəcər istiqamətində Ermənistan tər
Milli Məclis
1240
11 İyun , 2021 11:51
Deputat Ermənistanın dünənki təxribatından danışdı
Cavid Osmanov

“Ordumuz Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etdi. Bu gün bütün sahələrdə Ermənistanda hökm sürən xaos onu göstərir ki, onların dağıdılmış ordu qalıqları ayrı-ayrı şəxslərin əlində alətə çevrilib. Dünən Kəlbəcər istiqamətində Ermənistan tərəfindən törədilən təxribat Ermənistanda baş tutacaq seçki ərəfəsində edilən hərəkətdir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov parlamentin bu gün keçirilən iclasında deyib.

“İyunun 4-də Kəlbəcərin Susuzluq kəndində minaya düşərək iki jurnalist olmaqla, 3 mülki şəxs minaya düşərək həlak olub. Bu hadisədə Ermənistan üzərindən yayılmış tezislərdən çıxış edənlər 1993-cü ildə qaçıb gizlənməyə yer axtaran AXC-Müsavat rəhbərliyi, erməni lobbisinin himayəsində olanlar Qərbdə ayrı-ayrı “klaviratura qəhrəmanları” Azərbaycanı bununla hədəfə götürürlər. Dünən baş verən təxribata görə də Azərbaycanı günahlandıracaqlar?! Bu qədər xəyanət ola bilməz. 1993-cü ilin iyun ayının hadisələrini bir daha onların yadına salmaq istəyirəm. Azərbaycan xalqını bir daha belə mənfur xəyanətkarlara inanmamağa çağırıram”, - deputat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi